31 oktyabr 2020 10:01
826

Məkkədə əqli qüsurlu şəxs avtomobilini məscidin qapısına çırpdı

Səudiyyə Ərəbistanının Məkkə şəhərində sürücü avtomobilini Məscidül-Həram məscidinin qapısına çırpıb. 

"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şahidlər tərəfindən mobil telefonun kamerası ilə lentə alınıb. 

Axşam saatlarında baş verən qəza zamanı xəsarət alan olmayıb. 

Yerli medianın yaydığı məlumata görə, hadisəni törədən şəxs əqli-qüsurlu olub.