07 may 2026 00:03
105

Türkiyədə oğurluq edən 10 yaşlı uşağın daha 92 cinayəti ortaya çıxıb

İstanbulun Sarıyer rayonunda 10 yaşlı oğlan ticarət mərkəzində bir qadının çantasını oğurlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qadın çantasının oğurluğu ilə bağlı polisə məlumat verib. Dərhal ərazidəki müşahidə kameralarına baxış keçirilib. Məlum olub ki, çantanı azyaşlı oğurlayıb və taksiyə əyləşərək ərazidən uzaqlaşıb.

Taksidə saxlanılaraq polis bölməsinə aparılan 10 yaşlı D.T. haqqında aparılan yoxlama onun əvvəllər oğurluqla bağlı 92 cinayət qeydinin olduğunu ortaya çıxarıb.

D.T. əlavə işlənmə üçün Sarıyer Yetkinlik Yaşına Çatmayanlar Bürosuna aparılıb, oğurlanan əşyalar isə sahibinə qaytarılıb. Şübhəlinin polis bölməsində dindirilməsi davam edir.