Baş Prokurorluq xarici ölkə vətəndaşlarının Azərbaycana hansı qaydada gəlmələrinə dair bir neçə dildə maarifləndirici videoçarx parlayıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlər müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müvafiq sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları, eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyənləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlanıb.
Xarici ölkə vətəndaşlarından Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.
https://www.youtube.com/watch?v=Sc19h__BtoA
https://www.youtube.com/watch?v=R2ACCG_T1t4
https://www.youtube.com/watch?v=QqhEDUivBAc
https://www.youtube.com/watch?v=jk_lYwyXrIw
https://www.youtube.com/watch?v=C6P3Zuohsac
https://www.youtube.com/watch?v=Y-kHDMFw33A
BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir
58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub!