Polis, sosial şəbəkədə yayımlanan qalmaqallı videonun qəhrəmanına çevrilən velosipedçi qadının şəxsiyyətini müəyyənləşdirib. Görüntülər Rusiyanın Kemerov şəhərində qeydə alınıb.
Kadrlarda, nəqliyyatın intensiv olduğu yolda, bir azyaşlı qızın velosiped sürən qadının boynuna sarılaraq təhlükəli səfər etdikləri görülür.
Bir avtomobilin təhlükəsizlik kamerasına düşən video sürücü tərəfindən sosial şəbəkədə paylaşılıb.
Yerli KİV-in məlumatına görə, görüntüləri izləyən hüquq-mühafizə orqanları, özünü və qızının həyatını təhlükəyə atan ananın şəxsiyyətini müəyyənləşdirib və onu inzibati qaydada 800 rubl (19 manat) cərimələyib.
Avtosfer.az
Qəzzada sülhün təmin olunmasının birinci mərhələsi artıq nəzərəçarpacaq nəticələr verib
Hakimiyyət Livanın cənub rayonlarında "Hizbullah" hərəkatını tərk-silah etməlidir