20 dekabr 2025 23:53
91

Münaqişə bitdikdən sonra Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Münaqişə bitdikdən sonra Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər.

“İki sahil” xəbər verir ki,  bu barədə Portuqaliyanın baş naziri Luiş Monteneqru məlumat verib. "Heç nə Portuqaliya qoşunlarının qonşu ölkələrimizdə - Slovakiya, Rumıniya, Latviya, Litva və milli qüvvələrimizin Avropa İttifaqı və NATO daxilində sülhməramlı missiyalarda, çəkindirmə və təhlükəsizlik missiyalarında iştirak etdiyi digər ölkələrdə etdiklərini Ukraynada etməsinə mane ola bilməz", - Monteneqru Kiyevə səfəri zamanı bildirib.