04 oktyabr 2026 18:24
102

Tramp seçkilərdə “böyük sürpriz” olacağını söyləyib

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə gözləniləndən daha yaxşı nəticə göstərəcəyini bildirib.

“İki sahil” “Al Jazeera“ya istinadən xəbər verir ki, Tramp Ohayo ştatının Vandaliya şəhərində Respublikaçı namizədlərə dəstək məqsədilə keçirilən mitinqdə çıxış edib. O, seçkilərdə “böyük sürpriz” olacağını söyləyib. Tramp seçiciləri səsvermədə fəal iştirak etməyə çağırıb. O, senator Con Hasted, qubernatorluğa namizəd Vivek Ramasvami və digər respublikaçılara dəstək verib. Sorğular Demokratların aralıq seçkilərdə mövqelərini gücləndirə biləcəyini göstərir. Ohayoda Senat uğrunda mübarizə də gərgin keçir. Respublikaçı Con Hasted keçmiş demokrat senator Şerrod Braunla rəqabət aparır.

Tramp mitinqdə süni intellekt üçün istifadə olunan məlumat mərkəzlərinin tikintisini də müdafiə edib. Bu layihələr Ohayoda elektrik enerjisinin qiymətləri, su ehtiyatları və kənd təsərrüfatı torpaqlarına təsiri səbəbindən mübahisələrə yol açıb.