04 oktyabr 2026 16:25
86

Bu gün Türkiyədə dörd dəfə zəlzələ olub

Bu gün, 4 oktyabr tarixində Türkiyədə dörd dəfə zəlzələ olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Belə ki, ilk yeraltı təkanlar Muğlada 4,8 bal gücündə qeydə alınıb. Eyni zamanda Adana vilayətinin Saimbeyli rayonunda ard-arda 4,9 və 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Osmaniyə vilayətində isə 5,2 bal gücündə zəlzələ baş verib.