Sten və Culi Peytz 1970-ci ildə evlənirlər. Nyu Yorkun Menhetn bölgəsində yaşayırdılar. Cütlüyün 2 il sonra bir övladı olur. Haqqında yarım əsr sonra da danışılacaq Eytan Peytzin hekayəsi belə başlayır.
Eytan Peytz 1972-ci ildə Menhettnda dünyaya gəlir. Yaşıdları kimi gününün böyük hissəsini küçədə oynayaraq keçirirdi. 6 yaşında həftənin 5 günü məktəbə gedən, boş vaxtlarında isə rəsm çəkən bir uşaq idi. Amma mayın 25-də yaşadıqları həyatını bir andaca dəyişir.
1979-cu ilin 25 may səhəri həmişəki kimi məktəbə getmək üçün Sohodakı evindən çıxır. Hər səhər etdiyi kimi Prince Street-dəki evindən çıxacaq və West broadwaydəki avtobusuna minəcəkdi. Lakin o gün nə olursa, Eytan avtobusa minmir. Avtobusa gedənəcən nəsə olmuş və Eytan yoxa çıxmışdı.
Əsrarəngiz həyat hekayəsinin davamını təqdim etdiyimiz videoda izləyə bilərsiniz: //Ölkə.Az