“Azəriqaz” İstehsalat Birliyi “Caspian European Club”un yeni strukturunun təqdimatında iştirak edib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, ölkəmizdə yayılmış koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi dövründə bir çox tədbirlər onlayn formatda keçirilir. Bu cür təşkil olunan tədbirlərdən biri – “Caspian European Club”un yeni strukturunun təqdimatında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev də iştirak ediblər. Toplantıda klubun yeni strukturunun, idarə heyətinin üzvlərinin, həmçinin komitələrin, işçi qrupların və komissiyaların rəhbərlərinin qısa təqdimatları keçirilib. Üzv şirkətləri maraqlandıran sual və təkliflər müzakirə olunub.
“Azəriqaz” İB-nin baş direktoru R.Əliyev yeni idarə heyətinə, eləcə də komitə və komissiya rəhbərlərinə uğurlar arzu edib.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO