İyunun 12-də səhər saatlarından etibarən Yasamal rayonu, Tbilisi prospekti, “Çıraq Plaza”nın qarşısında yol keçidinin tikintisi ilə əlaqədar yeni çəkilmiş diametri 315 millimetr olan polietilen yeraltı təbii qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinə başlanılıb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, işin icrası üçün müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu müddətdə Yasamal rayonu, Tbilisi prospekti 47, 49, Ş.Mehdiyev küçəsi 95, 97, 97a, “Tamam” MTK, “Grand Həyat” MTK, 1-ci Alatava qəsəbəsində, o cümlədən Nəsimi rayonu, Salamzadə, A.Əliyev küçələrində bir qrup istehlakçının qaz təchizatında fasilə yaranıb. Əlavə olaraq Ə.Topçubaşov, 1-ci mikrorayon H.Ələsgərova, E.Qasımzadə, C.Cabbarlı küçələrində də qaz təchizatı məhdudlaşdırılıb.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO