Yasamal rayonunda vətəndaşı təhqir edən polis işdən çıxarılıb. “İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılmış və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib. Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib. Qeyd edək ki, həmin polis əməkdaşı vətəndaşa "dovşan" deyərək təhqir edib.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib
Aqrar Xidmətlər Agentliyi tərəfindən ölkə ərazisində heyvan sağlamlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub - DİM DETALLARI AÇIQLADI