Sumqayıtın bir sıra yaşayış massıvlərində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
"Şəhər 4” orta təzyiqli qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar olaraq mayın 19-da saat 10:00-dan 17:00-dək Ceyranbatan qəsəbəsi, "Metallurq" bağları, "Yaşıldərə" yaşayış massivi, şəhərin 42, 47, 48, 49, 50, 51, 52 və 53-cü məhəllələrində, 10, 11, 12, 13, 16, 18, 20 və 21-ci mikrorayonlarında, eləcə də, Corat qəsəbəsi, Corat, Saray, Novxanı bağları yaşayış massivlərində qaz təchizatı dayandırılacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO