25 aprel 2020 15:19
2575

SOCAR Sumqayıtdakı aztəminatlı ailələrə və ahıl vətəndaşlara ərzaq yardımı edib - FOTO

Dünyanın bu ağır vaxtıda, dünya ölkələrinin və insanlarının iqtisadi, maddi və mənəvi sıxıntı yaşadıqları bir dövrdə - koronavirus pandemiyası ilə üz-üzə qaldıqları bir vaxtda ölkə başçısının – möhtərəm Prezidentimizin vətəndaşların yanında olması, onlara hər cür maddi, mənəvi və tibbi yardımların göstərilməsi ilə bağlı vaxtında qəbul etdiyi qərarlar, imzaladığı Fərman və sərəncamlar, həyata keçirilən önləyici tədbirlər bizi bir dövlət olaraq, vətəndaş olaraq o qədər də sıxıntıya salmadı. Xalq gördü ki, dövlət və dövlət başçısı bütün məqamlarda onun yanındadır. Dəstək aksiyasına müəyyən qurumların və şirkətlərin, sıravi vətəndaşların də qoşulması xalqla hakimiyyətin birliyini bir daha sübur etdi. Bizim bir yerdə güclü olmağımız bir daha öz təsdiqini tapdı. 
 Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni növ koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlərin, tədbirlərin əsas məqsədi vətəndaşların sağlamlığının qorunması ilə bağlıdır. Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarına və eyni zamanda “evdə qal” çağırışının təmin olunması məqsədi ilə aztəminatlı ailələrə yardım aksiyası davam edir. “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada SOCAR-ın bütün idarə və müəssisələri yaxından iştirak edir. SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi Sumqayıt şəhəri və ətrafında yaşayan minlərlə ahıl və aztəminatlı ailəyə ərzaq yardımı ilə köməklik göstəriblər.

 Sumqayıt şəhəri digər adları ilə yanaşı “kimyaçılar şəhəri” adını yenə də etibarlı şəkildə qoruyub saxlayır. Hazırda da kimya müəssisələrində minlərlə kimyaçı çalışır. Şəhərdə az ailə tapılar ki, orada kiminsə babası, nənəsi, atası, anası və yaxud bacısı, qardaşı nə vaxtsa kimya müəssisələrində çalışmasın. Bu da o deməkdir ki, SOCAR-ın rəhbərliyi ilə “Azərikimya” İstehsalat Birliyi bu gün də veteran kimyaçıların, şəhər sakinlərinin, aztəminatlı ailələrin yanındadır və əlindən gələn dəstəyi göstərir. 
SOCAR da həmişəki kimi  keçirdiyi yardım kampaniyaları ilə dövlətimizə və xalqımıza dəstək və sadiqlik nümayiş etdirir. Bu kampaniya bu gün də davam etdirilir

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü,  SOCAR-ın dəstəyi ilə “Azərikimya” İstehsalat Birliyinin kimyaçıları Sumqayıtda geniş yardım kampaniyasına qoşulub. Bir neçə gün davam edəcək kampaniyada Sumqayıtın minlərlə veteran kimyaçısına, 65 yaşdan yuxarı tənha və kimsəsiz insanlara, aztəminatlı ailələrə ərzaq və gündəlik tələbat mallarından ibarət yardım qutuları təqdim olunacaq.
Yardım göstərilən ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Orxan Vahidoğlu,

"İki sahil"