Məlum olduğu kimi 22 aprel Yer kürəsi günü kimi qeyd edilir. Bu əlamətdar tədbirin 50-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə SOCAR əməkdaşlarına təbrik ünvanlayıb. Həmin təbriki oxucuların diqqətinə çatdırırıq.
Hörmətli SOCAR əməkdaşları,
22 aprel Yer kürəsi gününün 50-ci ildönümü qeyd edildi.
Bu günlərdə bütün SOCAR əməkdaşları Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının Birinci Vitse-prezidentinin Covid-19 pandemiyasının Azərbaycanda yayılmasının qarşısı almaq üçün çağırışına qoşuldu.
SOCAR əməkdaşlarının böyük hissəsi #evdəqal aksiyasında iştirak etdi və Covid-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün qəhrəman həkimlərimizin səylərinə dəstək oldu.
Pandemiya bizə ətrafımıza, dünyaya yeni baxışla baxmağı öyrətdi. İnsanların sağlamlığı naminə atılan addımların ətraf mühitin mühafizəsinə də müsbət təsiri olduğunu göstərdi.
Biz hər birimiz gələcəkdə ətraf mühitin mühafizəsi fəaliyyətimizdə bu çağırışları nəzərə almalıyıq.
Sizi Yer kürəsi günü münasibətilə təbrik edir, hər birinizə möhkəm can sağlığı, ölkəmizin çiçəklənməsi, inkişafı uğrunda yorulmaz fəaliyyət arzu edirik.