SOCAR Ukraynada koronavirusla bağlı qoruyucu monitorun istehsalına dəstək verib
“SOCAR Energy Ukraine” şirkəti Ukraynada koronavirusa qarşı mübarizə üçün xüsusi yardım aksiyasını davam etdirir.
SOCAR Ukraynada həkimlər üçün müasir 3D texnologiyalı qoruyucu monitorun istehsalı üçün yerli şirkətə maliyyə yardımı edib. SOCAR Ukraynada koronovirusa qarşı mübarizəyə dair digər biznes təşəbbüslərini dəstəkləyəcək.
Qeyd edək ki, SOCAR bundan öncə Ukraynanın Səhiyyə Nazirliyinə 10 min litr yanacaq hədiyyə edib.
Xatırladaq ki, Ukraynada 4161 insan koronavirusa yoluxub. Virusdan həyatını itirənlərin sayı isə 116 nəfərdir. Ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan olunub. //AZƏRTAC
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO