“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə həbs edilməsinin SOCAR-la əlaqələndirilməsi, daha əvvəl bildirdiyimiz kimi, tam əsassız bir yalandır”. Bu fikirlər Türkiyənin “Mgtv” kanalının sorğusuna cavab olaraq SOCAR-ın açıqlamasında yer alıb.
Açıqlamada bildirilir ki, Şirkət Türkiyə Cümhuriyyətinin məhkəmə sisteminə heç bir zaman müdaxilə etmək cəhdində olmayıb: “Biz məhkəmələrə müdaxilənin mümkün olmasına inanmırıq. SOCAR Mübariz Mənsimovun həbs edilməsinə səbəb olmayıb. Ümumiyyətlə, bu, bizim maraq dairəmizdə deyil. Məhkəmənin ədalətli hökm verəcəyinə inanırıq.
“Palmali” şirkətlər qrupuna qarşı 2018-ci ildə Londonda və Dubayda arbitraj məhkəməsinin qərarı ilə araşdırmalara başlanılıb. Məqsədimiz odur ki, “Palmali” Azərbaycan dövlətinə olan yüz milyonlarla borcu qaytarsın. Ümid edirik ki, Türkiyədə də onun haqqında ədalətli qərarlar veriləcək.”
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO