Aprelin 9-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiya Federasiyasının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus ("COVID-19") xəstəliyinin yayılmasına qarşı Rusiya ilə həmrəyliyi ifadə edilib.
Bu barədə Trend-ə Mərkəzdən bildiriblər.
Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.
Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran və İtaliyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.
Gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olunub
Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib