Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Dövlət Vergi Xidmətinin dəstəyi ilə 1–5 iyul tarixlərində Məktəbli Gənclərin İnkişafı Yay Düşərgəsi keçiriləcək.
“İki sahil” xəbər verir ki, düşərgənin əsas məqsədi 7–9-cu sinif şagirdlərinin fərdi potensiallarının üzə çıxarılması, onların əmək bazarı, müasir bacarıqlar, düzgün ixtisas seçimi və karyera planlaması istiqamətlərində bilik və bacarıqlarının artırılmasıdır. Eyni zamanda, proqram çərçivəsində iştirakçılarda məqsədin müəyyənləşdirilməsi, şəbəkələşmə, innovativ düşüncə və məşğulluq imkanları barədə məlumatlılığın gücləndirilməsi nəzərdə tutulur.
Düşərgə 5 gün davam edəcək və Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil olunacaq. Bu müddət ərzində iştirakçılar üçün müxtəlif təlimlər, master-klaslar və interaktiv görüşlər keçiriləcək. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
Düşərgədə iştirak üçün müraciətlər qeydiyyat linki vasitəsilə qəbul edilir. Seçim mərhələsini uğurla tamamlayan 100 məktəbli proqramda iştirak hüququ qazanacaq.
https://survey.sosial.gov.az/index.php/772618?lang=az
Son müraciət tarixi 22 may 2026-cı ildir.
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi
Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir