“Yeni Azərbaycan” qəzetinin onlayn resursu olan yeniazerbaycan.com saytına kütləvi kiberhücum qeydə alınıb.
“Delta Telecom LTD” tərəfindən verilən məlumata əsasən, 12 noyabr 2026-cı il tarixində gecə saatlarında sayt naməlum haker qrupu tərəfindən hücuma məruz qalıb.
“İki sahil” www.yeniazerbaycan.com-a istinadən xəbər verir ki, kiberhücum nəticəsində saytda yerləşdirilmiş 15 xəbər materialı silinib. Eyni zamanda, saytın bannerlərinə və yeni xəbərlərin yerləşdirildiyi bölmələrə müdaxilə edildiyi ehtimal olunur. Bundan əlavə, resursa müxtəlif faylların yüklənməsinə dair cəhdlər də aşkarlanıb.
Hazırda hücumun nəticələrinin aradan qaldırılması, informasiya resursunun təhlükəsizliyinin təmin edilməsi və mümkün risklərin qarşısının alınması məqsədilə müvafiq profilaktik və texniki tədbirlər həyata keçirilir.
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi
Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir