Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qurumun fəaliyyət istiqamətlərinin ictimaiyyətə daha yaxından təqdim olunması məqsədilə “AQTA hara baxır?” adlı yeni layihəyə start verilib.
“İki sahil” xəbər verir ki, layihə çərçivəsində qida zəncirinin bütün mərhələlərində – tarladan və ya fermadan süfrəyədək həyata keçirilən nəzarət tədbirləri, aşkarlanan nöqsanlar və görülən tədbirlər barədə məlumatlar istehlakçıların diqqətinə çatdırılacaq. Məqsəd istehlakçıların məlumatlılığını artırmaqla yanaşı, qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin şəffaf şəkildə təqdim edilməsidir.
Layihənin ilk buraxılışı son dövrlərdə geniş ictimai müzakirələrə səbəb olan “dəvə qutabı” mövzusuna həsr olunub. Bu mövzu ətrafında aparılan müzakirələr əsasən məhsulların tərkibinin həqiqətən də dəvə ətindən ibarət olub-olmaması və istehlakçıların düzgün məlumatlandırılması məsələlərini əhatə edir.
Gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olunub
Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib