11 mart 2020 14:41
1916

Polis xadimə kimi geyinib əxlaqsızlıq yuvasına basqın etdi - VİDEO

Adanada əxlaqsızlıq yuvasına basqın edilib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Türkiyədə əxlaqsızlıqla məşğul olan qadınlara və onları istismar edən şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.

Polislər özlərini xadimə, səyyar satıcı və müştəri kimi təqdim edərək Adanadakı əxlaqsızlıq yuvalarından birini çökdürüblər.

Polislərdən biri papağına yapışdırdığı gizli kamera ilə yol kənarında müştəri gözləyən fahişələrlə söhbət edərək əxlaqsızlıq yuvası və onu işlədənlərlə bağlı informasiya əldə etdikdən sonra əməliyyat həyata keçirilib.