27 aprel 2026 09:14
131

ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib

ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotiklərin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində bildirib.

Məlumata görə, hücum nəticəsində üç narkotacir öldürülüb.

"SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə "Cənub nizəsi" birləşmiş əməliyyat qrupu aprelin 26-da gəmiyə zərbə endirib. Kəşfiyyat təsdiqləyib ki, o, Sakit okeanın şərq hissəsində narkotik vasitələrin qaçaqmalçılığının məlum marşrutları üzrə hərəkət edib və narkotrafik həyata keçirmək üçün istifadə olunub", - məlumatda bildirilib.

Əməliyyat zamanı ABŞ hərbçilərindən heç kimin xəsarət almadığı SOUTHCOM tərəfindən dəqiqləşdirilib.