27 aprel 2026 19:25
115

Rusiyanın itkiləri açıqlandı - 1524-cü gün

Ukrayna müharibənin 1524-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 326 460 hərbçi, 11 892 ədəd tank, 24 467 ədəd zirehli döyüş maşını, 40 737 ədəd artilleriya sistemi, 1 753 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 354 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 350 ədəd helikopter, 91 710 ədəd avtomobil texnikası, 259 219 ədəd PUA, 4 579 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 136 xüsusi avadanlıq itirib.