Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı fevralın 25-dən martın 1-dək SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində (YDM) faciəyə dair videoçarx yayımlanır. Həmçinin, YDM-də musiqi yayımı dayandırılıb, bayraqlar endirilib.
"İki sahil" Azərtac-a istinadən xəbər verir ki, videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı barədə maarifləndirici məlumatlar, soyqırımına dair fotolar yer alır. “SOCAR Energy Ukraine” şirkəti hesab edir ki, bu təbliğat vasitəsilə yanacaqdoldurma məntəqələrinə gələn insanlara Xocalı soyqırımı haqqında həqiqətlər çatdırılır.
Hazırda Ukrayna ərazisində “SOCAR Energy Ukraine” şirkətinə məxsus 60-dan çox yanacaqdoldurma kompleksi daxildir.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO