SOCAR-ın baş ofisində şirkətin müxtəlif idarə və müəssisələrində çalışan gənclərlə SOCAR prezidenti Rövnəq Abdullayevin və şirkət rəhbərliyinin 2 fevral Gəclər günü ilə bağlı görüşü keçirilmişdir.
"İki sahil" xəbər verir ki, artıq ənənə halını almış görüşdə bu il şirkətin müxtəlif idarə və müəssisələrindən də çox sayda gənc əməkdaş on-layn rejimdə görüş iştirakçılarına qoşulmuşdur. Görüşdə əsasən neftçi gənclərin fikirləri dinlənilmişdir. Şirkətin rəhbərliyi görüşdə iştirak edən gəncləri maraqlandıran, habelə sosial şəbəkələr üzərindən daxil olan sualları cavablandırmışdır.
On-layn rejimdə görüş iştirakçılarına qoşulmuş müxtəlif idarələrdə çalışan gənclərə də fikir bildirmək üçün şərait yaradılmış, onlar da auditoriyada aparılan müzakirələrdə yaxından iştirak etmişlər. 3 saatdan çox davam edən görüşdə ümumilikdə 1000-ə yaxın gənc neftçi iştirak etmişdir.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO