Yanvarın 31-də Sabunçu rayonunun keçmiş Hövsan südçülük sovxozunun ərazisində "Lələtəpə" adlandırılan məhəllədəki yeni massivə təbii qazın verilişi təmin olunub.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, 281 fərdi yaşayış evindən ibarət həmin ərazinin qazlaşdırılması üçün uzunluğu 11 min 652 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.