Yanvarın 28-də səhər saatlarında Zərdab pambıqtəmizləmə zavoduna məxsus texnika rayonun Qazyan kəndi ərazisində diametri 108 mm olan yerüstü qaz xəttinin üzərinə aşıb.
Bununla bağlı “Azəriqaz” İB-nin mətbuat xidməti "İki sahil"ə məlumat verib.
Bildirilib ki, nəticədə qaz xətti qırılıb. Qəzyan kəndinin bir hissəsi – təqribən 300 abonentin qaz təminatında fasilə yaranıb. Hadisənin səbəbləri araşdırılır və fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO