SOCAR “Star” neft emalı zavodu üçün İzmirin Əliağa bölgəsində elektrik stansiyası quracaq.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, SOCAR 100 milyon türk lirəsi (16,8 milyon dollar) investisiya ilə “Star” zavodu üçün elektrik enerjisi istehsalı stansiyası inşa edəcək. Əliağadakı Türkiyənin ilk Xüsusi Sənaye Zonasında qurulacaq stansiya “Star” və digər sənaye obyektlərinin elektrik enerjisi tələbatını qarşılayacaq. Stansiya 125,6 meqavat elektrik enerjisi və 169,6 meqavat istilik enerjisi istehsal edəcək.
Stansiyanın inşasına iyun və ya iyul aylarında başlanacağı gözlənilir.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO