08 yanvar 2020 16:20
1570

SOCAR yeni şirkət yaradıb - FOTO

Vergilər Nazirliyi “SOCAR Downstream Management” MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni kommersiya qurumu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisinin (SOCAR Tower) yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 121 ünvanında qeydiyyatdan keçib. 

“SOCAR Downstream Management”in nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Mustafa Mesut İlterdir. 

O, həm də SOCAR-ın Türkiyən İzmir şəhərindəki “Star” neft emalı zavodunun baş direktorudur. 

“Report”