Dekabrın 30-da Bakı şəhərində bir neçə yaşayış massivinə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə Qaradağ rayonu, Qobustan qəsəbəsi "1-ci massiv", "1-a massivi", "2-a massivi" və "1-ci təzə yurd" adlandırılan ərazilərdə 235, Sabunçu rayonunun Zabrat qəsəbəsinin "Dağüstü" adlandırılan ərazidəki yeni massivdə isə 33 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumilikdə qazlaşdırma işlərində iki massivdə 19 min 307 metr uzunluğunda polad və polietilən borulardan istifadə edilib.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO