Dekabrın 29-da SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev ilin yekunlarına dair mətbuat konfransı keçirilib.
R.Əliyev məlumat verib ki, çoxmərtəbəli binaların istismara qəbulu sahəsində ciddi addımlar atılıb: "2019-cu qazlaşma ilin 11 ayında 340 binaya qaz verilişi icra olunub."
R.Əliyev onu da bildirib ki, bir çox şəhid ailəsi və Qarabağ qazilərinin müraciətləri müsbət həll edilib: "İstixana sahibləri ilə 3 dəfə - Şəmkir, Salyan və Bakının Xəzər rayonlarında görüşlər keçirilib. Onların qaldırdıqları bir sıra problemlər həll olunub. Bölgələrdə 2019-cu ilin aprel ayından etibarən hər ay vətəndaş qəbulları təşkil edilib, onları maraqlandıran məsələlər barədə malumat verilib, müraciətlərinin icrası nəzarətə götürülüb."
Orxan Vahidoğlu, "İki sahil"
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO