29 dekabr 2019 11:23
1872

Ruslan Əliyev: Qazın keyfiyyətində problem yoxdur

Dekabrın 29-da SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev ilin yekunlarına dair mətbuat konfransı keçirilib. 

R.Əliyev məlumat verib ki, Azərbaycan ərazisində əhaliyə verilən təbii qazın tərkibi və onun keyfiyyəti vətəndaşlarda narahatlıq yaratmamalıdır.

Ruslan Əliyev vurğulayıb ki, qazın keyfiyyətində problem olsaydı, qazdan zəhərlənmə halları bütün binanı əhatə edərdi: “Ancaq bu fərdi hallarda olur. Müasir tipli inşa edilən binalarda belə zəhərlənmə hallarına rast gəlimmyib. Deməli, bütün zəhərlənmə halları fərdi şəkildə baş verir.”

Orxan Vahidoğlu, "İki sahil"