29 dekabr 2019 11:11
1195

Ruslan Əliyev: Qazlaşma proqramı 4607 fərdi evi əhatə edir

Dekabrın 29-da SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev ilin yekunlarına dair mətbuat konfransı keçirilib. 

R.Əliyev məlumat verib ki, Bakı şəhəri üzrə 2019-cu ildə 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. 

R.Əliyev qeyd edib ki, qazlaşma proqramı 4607 fərdi evi əhatə edir: "Həmin massivlərdən 6-da qazlaşma işləri tamamlanıb. Digər massivlərdə qazlaşma işləri 2020-ci ilin 1-ci rübündə yekunlaşacaq. Bununla da ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb. Müqaisə üçün Azərbaycanda qazlaşma səviyyəsi 01.01.2010-cu il tarixə olan məlumata görə 62.2% təşkil edirdi. Hazirda bu göstəricidə 33.8% artım var."

Orxan Vahidoğlu, "İki sahil"