28 dekabr 2019 17:27
2069

Goranboy rayonunun Goran qəsəbəsi qazlaşdırılıb

Dekabrın 28-də Goranboy rayonunun Goran qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bununla da, cari ildə qaz çəkilişi nəzərdə tutulan sonuncu yaşayış məntəqəsinə qaz verilib. Dövlət proqramı əsasında icra olunan işlərin yekunu olaraq qəsəbədə 109 fərdi yaşayış evi “mavi yanacaq”la təmin edilib. Ümumilikdə 8607 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı qaz xətləri çəkilib və evlərə 109 ədəd sayğac quraşdırılıb. Goran qəsəbəsinin qazlaşdırılması üçün yeni qaz paylayıcı məntəqə də istifadəyə verilib.