Bu ilin yanvar-noyabr ayları ərzində “SOCAR Polymer” şirkətinin ixracı 72,2 milyon ABŞ dolları təşkil edib.
Müəssisədən bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68,2 milyon dollar və ya 18,95 dəfə çoxdur.
“SOCAR Polymer” ölkənin neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkət olaraq Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. “SOCAR Polymer” kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen olan iki zavoddan ibarətdir.