20 dekabr 2019 10:39
1490

SOCAR daha 4 məntəqədə CNG satışına başlayıb

“SOCAR Petroleum” QSC daha 4 CNG (Sıxılmış Təbii Qaz- Compressed Natural Gas) məntəqəsini istifadəyə verib.

QSC-dən verilən məlumata görə, yeni məntəqələr Xəzər rayonu, Bakı Salyan şosesinin 70-ci km-i, Bakı-Quba yolunun 28-ci km-i və Xətai rayonu ərazisində yerləşir.

Yeni açılan 4 CNG terminalı ilə birlikdə artıq SOCAR-ın 9 yanacaqdoldurma məntəqəsində CNG satışı həyata keçirilir.

Hazırda aşağıdakı ünvanlarda yerləşən YDM-lərdə CNG satışı həyata keçirilir:

1. Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfi
2. Sabunçu rayonu, Sabunçu dairəsinin cənub-qərb hissəsi (Olimpiya stadionunun yaxınlığı)
3. Xətai rayonu, Babək prospekti, 2315-ci məhəllə (keçmiş avtomobil bazarının yaxınlığı)
4. Yasamal rayonu, "Qanlı göl" adlanan ərazidə yerləşən avtomobil satış mərkəzinin şimalında, xarici dairəvi yolun sağ tərəfi.
5. Zığ-Hövsan yolundakı sıxılmış təbii qaz terminalının qarşısındakı qaz doldurma məntəqəsi
6.Xəzər rayonu, Mərdəkan-Qala yol ayrıcının cənub-qərb hissəsindəki YDM;

7.Bakı Salyan şosesinin 70-ci km-i, Hacıqabul-Astara yol ayrıcı, yolun sağ tərəfindəki YDM;

8.Bakı-Quba yolunun 28-ci km-də, yolun sağ tərəfində, Ceyranbatan qəsəbəsi yaxınlığındakı YDM;

9.Xətai rayonu, Nobel prospektindəki YDM.