Bu həftə ərzində “SOCAR Petroleum”QSC Bakıda və Abşeron yarımadasında daha 4 CNG (compressed natural gas- sıxılmış təbii qaz) yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.
"İki sahil" xəbər verir ki, bunu “SOCAR Petroleum” QSC-nin Baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib: "Bu gün “SOCAR Petroleum”QSC Azərbaycanda yeganə CNG şəbəkəsinə malik şirkətdir. Hazırda QSC-nin 5 CNG yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu həftə ərzində daha 4 məntəqənin açılması nəzərdə tutulur. Bu məntəqələr Bakıda və Abşeron yarımadasında olacaq."
E.Mustafayev əlavə edib ki, hazırda “SOCAR Petroleum”un əsas prioriteti şirkətin bütün mövcud YDM-lərində CNG məntəqəsinin qurulmasıdır.
Baş direktorunun müavini məlumat verib ki, gələn il üçün bölgələrdə də CNG məntəqələrinin açılması nəzərdə tutulur: "Azərbaycanda 1000-dən artıq CNG ilə işləyən avtomobil mövcuddur. Ölkədə 10-dan artıq CNG avadanlıqları quraşdıran şirkət var. Bu da onu göstərir ki, ölkədə bu sahədə heç bir inhisar mövcud deyil”.
Orxan Vahidoğlu, "İki sahil"
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO