27 noyabr 2019 15:02
690

2020-ci ildə karbamid istehsalı 650 min tona çata bilər

SOCAR karbamid zavodunun dekabrın ilk yarısında tam gücü ilə işləyəcəyi gözlənilir. "İki sahil"in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib. O bildirib ki, dekabrın 1-dək karbamid istehsalı 125-130 min ton, ixracı 100 min ton təşkil edəcək: “Karbamid istehsalının orta aylıq göstəricisi 50 min tondur, bu, sutkada təxminən iki min tona bərabərdir”.

X.Cəfərov əlavə edib ki, gələn il karbamid istehsalı 600-650 min tona, ixracı 500-550 min tona çata bilər.