Azərbaycan teleməkanının ən baxımlı, ən reytinqli dini proqramı olan SPACE-də canlı yayımlanan "İnam" verilişinin ötənhəftəki buraxılışında "İslamda paxıllıq" mövzusu müzakirəyə çıxarılıb.
Publika.az-ın informasiya dəstəyi verdiyi proqramın ideya müəllifi və aparıcısı Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylidir.
İlahiyyat İnstitutunun müəllimi, ilahiyyatçı Elvüsal Məmmədovun qonaq olduğu verilişdə ibrətamiz fikirlər səsləndirilib.