SOCAR Polymer 13-15 noyabr tarixlərində "Caspian Ecology 2019" adlı 10-cu yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib. Sərgi çərçivəsində iştirakçılar şirkətimizin ətraf mühitə zərəri minimuma endirmək üçün görülən tədbirlər barədə ətraflı məlumat tapmaq imkanı qazanıblar.
Şirkəti sərgidə SƏTƏM-in ətraf mühit üzrə qrup rəhbəri Kamran Babayev, İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis İlahə Hacıyeva və İctimaiyyətlə Əlaqələr üzrə kiçik mütəxəssis Bəxtiyar Allahverdiyev təmsil etmişdir.
Xatırladaq ki, 10 ölkədən 60-a yaxın şirkətin və qurumların təmsil olunduğu sərginin əsas məqsədi ictimaiyyət və müvafiq qurumların diqqətini ekoloji cəhətdən təmiz mühitin mühafizəsinə cəb etmək və şirkətləri bu sahədə optimallaşmağa təşviq etmək olmuşdur.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO