Oktyabrın 30-da Şamaxı şəhərinin genişləndirilmiş hissəsinə qaz verilib. SOCAR-ın "Azəriqaz" İB-dən "İki sahil"ə verilən məlumata görə, bu gün aparılan tikinti-quraşdırma işləri başa çatdırılıb, qaz kəmərləri müvafiq qaydada istismara qəbul edilib. Layihə çərçivəsində 21 815 m uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 2 ədəd tənzimləyici və 56 ədəd siyirtmə quraşdırılıb. Şəhərin bu hissəsində 208 yeni tikilən fərdi ev qazla təmin olunub.
Bu gün eyni zamanda Masallı rayonunun Xoşçobanlı kəndində də 211 fərdi evə qaz verilib.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO