“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) türk xalqının Cümhuriyyət bayramı münasibətilə videoçarx hazırlayıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda Azərbaycanın Qurtuluş savaşında Türkiyənin yanında dayandığı, on minlərlə insanın qardaş ölkəyə dəstək nümayiş etdirdiyi, minlərlə Vətən oğlunun türklərlə birgə şəhid olduğu qeyd edilir. Azərbaycan Tükriyənin “Bir millət, iki dövlət” olduğu vurğulanır.
Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Respublikasının yaranmasının 96-cı ildönümüdür.
Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO