Oktyabrın 25-də “Azəriqaz” İstehsalat Birliyində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsi” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.
Birlikdən bildirilib ki, tədbirdə istehsalat qəzaları və digər fövqəladə hadisələr zamanı işçilərin, texnika və əmlakın mühafizəsinin tələblərə müvafiq olaraq təşkil edilməsi, fövqəladə hadisələr zamanı rəhbər heyətin, mülki müdafiə qüvvələrinin və işçilərin vaxtında xəbərdar edilməsi və sair barədə məlumat verilib.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO