“SOCAR Petroleum” QSC və "Premium Bank" ASC Azərbaycanda nağdsız hesablaşmalarının inkişafına və elektron ödəniş xidmətlərinin genişləndirilməsinə töhfə verən birgə əməkdaşlığa başlayıb.
"Report" xəbər verir ki, "Premium Bank" ASC-nin Miles kartlarının sahibləri “SOCAR” yanacaqdoldurma məntəqələrində yanacağı alarkən əlavə mil balları qazanmış olacaqlar və toplanan milləri “Azərbaycan Hava Yolları” QSC-nin uçuş istiqamətləri üzrə biletə çevirmək imkanı əldə edəcəklər.
Müştərilərə bu imkanın verilməsi məqsədi ilə “SOCAR” yanacaqdoldurma məntəqələrində "Premium Bank" ASC-nin POS-terminalları quraşdırılıb. Əlavə millərin qazanılması "Premium Bank"-ın POS terminalları ilə ödəniş edən bankın bütün Miles kart sahibləri üçün etibarlıdır.