Bu ilin yanvar-sentyabr ayları ərzində Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə 1 mlrd. 798 mln. kubmetr Azərabaycan qazı (“Şahdəniz” yatağından hasil edilən) Türkiyəyə nəql edilib. Bu barədə SOCAR-dan məlumat verilib.
“2019-cu ilin 9 ayı ərzində TANAP ilə Türkiyəyə 1 mlrd. 798 mln. kubmetr Azərbaycan qazı tədarük olunub”, - SOCAR-dan vurğulanıb.
2018-ci ildə TANAP qaz kəməri ilə 1 mlrd. kubmetrə yaxın qaz nəql olunub. Beləliklə, qaz kəmərinin istismara verildiyi vaxtdan 2,7 mlrd. kubmetrdən artıq qaz nəql olunub.
Öncə “SOCAR Turkiye Enerji” şirkətinin (SOCAR-ın törəməsi) baş direktoru Zaur Qəhrəmanova istinadən məlumat verilib ki, cari il TANAP ilə 3 mlrd. kubmetr həcmində Azərbaycan qazının tədarükü nəzərdə tutulur. 2020-ci ildən etibarən TANAP ilə Azərbaycan qazının illik tədarük həcmi 6 mlrd. kubmetr təşkil edəcək.
Perspektivdə boru kəmərinin ötürülmə qabiliyyəti illik 24 mlrd. kubmetr qaz, sonra isə 31 mlrd. kubmetrə çatdırılacaq.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO