İsveçrənin tibb və infrastruktur sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycanla əməkdaşlıq etmək istəyirlər.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda İsveçrənin Ticarət Palatasının Baş direktoru Vinsent Subila bildirib.
“Həmin şirkətlərin nümayəndələri bugünki tədbirin iştirakçılarıdır”, - deyə o, qeyd edib.
İsveçrə rəsmisi iki ölkə arasında əməkdaşlığın inkişafında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xüsusi rol oynadığını da deyib: “SOCAR-ın İsveçrədəki yanacaq-doldurma məntəqələri sayəsində vətəndaşlarımız Azərbaycan məhsullarından istifadə edir. Bunun üçün şirkətə minnətdarıq.
Bundan başqa, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İsveçrənin Cenevrə şəhərinə uçuşlar həyata keçirir. Bu isə ikitərəfli biznes əlaqələrinin inkişafı üçün vacibdir”.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO