Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) III rüb də daxil olmaqla bu il yeraltı anbarlara 2,110 milyard kubmetr təbii qaz tədarük edib.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında qeyd edilib. Bildirilib ki, hazırda qaz anbarlarında 2,880 milyard kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda iki - “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarları mövcuddur. Qaz anbarlarına qazvurma mövsümü aprel-noyabr aylarını əhatə edir.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO