Oktyabrın 9-da səhər saatlarından “Qaz İxrac” İdarəsinin “Ərəblinka” orta təzyiqli qaz xəttində, “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında, “Altıağac-Ağsu” magistral qaz kəmərində sazlama, şəbəkəyə birləşdirmə və digər işlər görüləcək. Bu müddət ərzində Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Z.Bünyadov, Anaşkin, Ş.Kamilov küçələrində, Abşeron rayonunun Pirəkəşkül, Çaylı və 28 May qəsəbələrində, Şamaxı rayonunun bir neçə kəndində bir qrup abonentin qaz təminatında fasilələr yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO