28 sentyabr 2019 16:05
1011

Biləsuvarın Xırmandalı kəndinin yeni yaşayış massivi qazlaşdırılıb

Sentyabrın 28-də Biləsuvar rayonunun Xırmandalı kəndinin yeni yaşayış massivində 286 evə “mavi yanacaq” verilib.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR-ın prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.