AXCP NTK sədri Aydın Əliyev “Facebook” sosial şəbəkəsindəki hesabında görüntülü müraciət yayıb. “İki sahil” xəbər verir ki, o, AXCP-çilərə müraciət edərək partiya sədri Əli Kərimlinin yaratdığı partiyadaxili diktaturaya qarşı mübarizəyə səsləyib. Həmçinin qeyd edib ki, partiya üzvləri Ə.Kərimli tərəfindən aldadılaraq şəxsi mənfəəti üçün istifadə edilib.
“...Əli Kərimli, bu illər ərzində apardığın çirkin, xəyanətkar oyunlar yetər. Partiyada yaratdığın diktaturaya son qoy, cəsarətin və mənliyin çatırsa, istefa ver. Qoy partiyanın üzvləri özlərin gənc, savadlı, xalqını sevən, bacarıqlı rəhbər seçib demokratik cəmiyyət qurmaq üçün mübarizə aparsınlar. Partiyamızı çirkin oyunlara təhrik etməkdən, Azərbaycanı fəlakətlərə aparan əməllərindən əl çək...”
Müraciəti tam olaraq videoda təqdim edirik: